İtaliyada Mussolininin tarixi villası dövlət tərəfindən satın alındı - Səbəb

İtaliyada Mussolininin tarixi villası dövlət tərəfindən satın alındı - Səbəb
6 aprel 2026
# 13:30

İtaliyanın Riççone şəhər meriyası Benito Mussolininin vaxtilə yay iqamətgahı olmuş tarixi villanı 1,2 milyon avroya satın alıb.

"Qazeta.ru"nun məlumatına görə, bu addım malikanənin diktatorun tərəfdarları tərəfindən alınmasının və neofaşistlərin toplanma yerinə çevrilməsinin qarşısını almaq məqsədilə atılıb.

Şəhər rəhbərliyi 1890-cı ildə inşa edilmiş bu binanı keçmişin mənfi izlərindən təmizləyərək tamamilə mədəniyyət ocağına çevirməyi hədəfləyir.

Gələcəkdə "Mussolini villası"nda tarixi arxivlərin və qeyri-maddi mədəni irs mərkəzinin yerləşdirilməsi planlaşdırılır.

Hazırda sərgi mərkəzi kimi fəaliyyət göstərən məkan artıq ideoloji rəmz deyil, beynəlxalq incəsənət layihələrinin mərkəzi kimi xidmət edəcək.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər