İsveç Krallığının Azərbaycandakı səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi

İsveç Krallığının Azərbaycandakı səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi
15 iyul 2022
# 16:21

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveç Krallığının Azərbaycanda və Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Kristian Kamil ilə ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Kulis.az xəbər verir ki, görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılmasının vacibliyindən bəhs edərək, bu istiqamətdə təşkilatın əməkdaşlıq etdiyi ölkələr sırasında İsveç Krallığının olmasından məmnunluq duyduğunu söyləyib.

O, Fond ilə İsveç Krallığının Azərbaycandakı səfirliyi arasında mövcud əlaqələrdən söz açaraq, münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Günay Əfəndiyeva səfirin fəaliyyət müddətində göstərdiyi səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

İsveç Krallığının Azərbaycanda və Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Kristian Kamil diplomatik missiyasını icra etdiyi müddət ərzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qarşılıqlı tərəfdaşlığın rolundan danışıb.

Səfir təmsil etdiyi ölkənin digər xalqların mədəni irsinə göstərdiyi marağı nəzərə çatdıraraq, Fond tərəfindən təşkil olunan tədbirlərdə hər zaman böyük həvəslə iştirak etdiyini dilə gətirib. O, Türk Dünyasının zəngin mədəniyyətinin və incəsənətinin təbliğ olunmasına təşkilatın xüsusi töhfələr verdiyini bildirib. Görüşdə İsveç ilə təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

# 1319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #