İsveç Akademiyası "Vəba gecələri" romanına görə istintaqa cəlb olunan Orxan Pamuku dəstəkləyib.
Kulis.az türk mediasına istinadən xəbər verir ki, ədəbiyyat üzrə Nobel mükafatını təqdim edən İsveç Akademiyası, "Vəba gecələri" romanında "Mustafa Kamal Atatürkü və türk bayrağını təhqir etdiyi" əsası ilə istintaqa cəlb edilən yazıçı Orxan Pamuka dəstək bəyanatı verib.
Akademiya açıqlamasında Türkiyənin beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmasını və bu məsələdə Nobel mükafatı laureatı Orxan Pamuka göstərilən rəftara riayət etməsini gözlədiyini bildirib.