İstəyirəm atəşində yanım mən - Günün şeiri

İstəyirəm atəşində yanım mən - Günün şeiri
17 yanvar 2024
# 13:49

Bu gün tanınmış şair Mədinə Gülgünün doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Sevgin varsa..." şeirini təqdim edir.

Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.

Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.

Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.

İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.

Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.

Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl...

# 742 dəfə oxunub

Müəllifin son yazıları

# # #