41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Müasir Azərbaycan poeziyası” mövzusunda panel keçirilib.
Kulis.az xəbər verir ki, ilk olaraq Günel Şamilqızı çıxış edib, müasir qadın şairlərimiz haqqında məlumat verib, onların Türkiyə türkcəsinə çevrilmiş şeirlərindən səsləndirib.
Aqşin Yenisey, Fərid Hüseyn və Şəhriyar del Gerani də çıxış edərək müasir poeziyamız haqqında fikirlər bildirib, öz şeirlərindən səsləndiriblər.