İstanbulda "Azərbaycan Rüzgarı" adlı musiqi qrupu yaradılıb

İstanbulda "Azərbaycan Rüzgarı" adlı musiqi qrupu yaradılıb
14 oktyabr 2024
# 10:13

İstanbulda fəaliyyət göstərən sənətçilərdən ibarət "Azərbaycan Rüzgarı" adlı musiqi qrupu yaradılıb.

Bu barədə Türkiyənin “TRT İstanbul” radiosunun "TRT TÜRKÜ" kanalında yayımlanan "Azərbaycan Rüzgarı" proqramının müəllifi və aparıcısı Səidə Ömər məlumat verib. Qrupun yaranması ilə bağlı danışan Səidə Ömər deyib: “Artıq dörd ildir Türkiyənin fərqli televiziya kanallarında və hazırda “TRT TÜRKÜ” radiosunda hər bazar günü yayımlanan “Azərbaycan rüzgarı” proqramının yetərli qədər dinləyicisi var. Bu səbəbdən bu qrupun qurulmasına qərar verdik. Qrupun əsas məqsədi Azərbaycan ədəbiyyatını və musiqisini canlı konsert proqramları ilə daha geniş ictimaiyyətə təqdim etməkdir”.

AZƏRTAC

# 76 dəfə oxunub

Müəllifin son yazıları

# # #