İsrailli aktyor vəfat etdi

Çaim Topol

Çaim Topol

9 mart 2023
# 14:30

İsrailli aktyor, müğənni və illüstrator Çaim Topol 87 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

İki dəfə “Qızıl Qlobus” mükafatı laureatı, Oskar və Toni namizədi olan aktyor bir gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Çaim Topol 1961-ci ildə Tel-Əvivdə öz teatr truppasını qurub və Hayfa Teatrının yaradıcılarından biri olub.

1969-cu ildə Topol Londondakı Əlahəzrət Teatrında “Damdakı skripkaçı" filmində Teyve obrazını canlandırıb. Tamaşada qazandığı uğurdan sonra o, Norman Yəisonun 1971-ci ildə eyni adlı filmində rol alıb.

Bundan sonra aktyor "Flash Gordon", "For Your Eyes Only", "Queenie", "True Stories" filmlərində rol alıb. 1998-ci ildə isə kinodan təqaüdə çıxıb.

Хаим Тополь получит Государственную Премию Израиля | ערוץ 7

# 1079 dəfə oxunub

Müəllifin son yazıları

# # #