İspaniya və Portuqaliyadakı mağaralarda qədim insan DNT-si tapıldı

İspaniya və Portuqaliyadakı mağaralarda qədim insan DNT-si tapıldı
25 iyun 2026
# 14:30

Beynəlxalq alimlər qrupu İspaniya və Portuqaliyadakı mağara divarlarında və qaya rəsmlərinin üzərində ilk dəfə olaraq 2000 ildən daha qədim insan DNT-si aşkar ediblər.

"Euronews" xəbər verir ki, "Nature communications" jurnalında dərc olunan araşdırma, sümük və ya qədim alətlər olmadan da birbaşa qaya səthlərindən genetik materialın əldə edilə biləcəyini sübut edir.

Müasir texnologiyalarla analiz edilən tapıntılardan 3 nümunənin qadına, 1-nin isə kişiyə aid olduğu müəyyən olunub.

Bu kəşf mağara divarlarının keçmiş insan fəaliyyətlərini qoruyan mühüm bir "bioloji arxiv" olduğunu göstərir və tarixdən əvvəlki dövrlərin öyrənilməsində yeni üfüqlər açır.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər