“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı oldu

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı oldu
27 aprel 2024
# 14:50

“Nəfəs” İctimai Birliyi və “Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevin “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, müəllifin ilk monoqrafiyası olan kitab İsmayıllı etnomühitində özlərinə layiqli yer tutmuş və milli–mədəni kimliklərini qoruyan azsaylı xalqların – lahıc, ləzgi, hapıt, molokan, həmçinin etnoqrafik qrup olan Axıska türklərinin folklor ənənələrinin araşdırılmasına həsr olunub.

Qeyd edək ki, monoqrafiyada hər bir nümunə qeydə alındığı dildə təqdim edilib.

# 752 dəfə oxunub

Müəllifin son yazıları

# # #