"İRS" jurnalı ərəb dilində çap olundu

"İRS" jurnalı ərəb dilində çap olundu
19 aprel 2022
# 16:20

“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, “Şuşa İli” ilə əlaqədar Qarabağla bağlı materialların üstünlük təşkil etdiyi nəşrin bu nömrəsinin üz qabığında Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşanın fotoşəkli yerləşdirilib.

Jurnalın bu nömrəsindəki baş redaktor sütununda Qarabağ və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib. Ərəbdilli oxuculara Füzulu Beynəlxalq Hava Limanı barədə məqalə də təqdim olunub.

“İRS” jurnalının ərəb dilində buraxılışında Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, Azərbaycanın tarix-mədəniyyət abidələri, o cümlədən qədim alban kilsələri və İslam irsi yadigarları, həmçinin ermənilərin törətdikləri terror aktları və təxribatlar barədə məqalələr də yer alıb.

# 1338 dəfə oxunub

Müəllifin son yazıları

# # #