İranda məşhur rejissor həbs edildi

İranda məşhur rejissor həbs edildi
15 avqust 2023
# 11:16

İranda məşhur rejissor həbs edilib.

Kulis.az xəbər verir ki, “Leylanın qardaşları” (“Leila's Brothers”) filminin rejissoru Səid Rustayi 6 ay həbs cəzasına məhkum edilib.

Səid Rustayi rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Məlumata görə, hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.

Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı “Leylanın qardaşları” filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.

# 927 dəfə oxunub

Müəllifin son yazıları

# # #