“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı
27 may 2026
# 17:00

14–25 yaş arası gənclər üçün nəzərdə tutulan “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) beynəlxalq fotomüsabiqəsinə müraciət qəbulu elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqə 2018-ci ildə məşhur fotoqraf Reza Deqati təşəbbüsü və UNESCO tərəfindən yaradılıb və artıq 8-ci ildir keçirilir.

Bu ilin mövzusu “İpək Yolları boyunca yaşayan irs” adlanır. Layihənin əsas məqsədi gəncləri fotoqrafiya vasitəsilə ortaq mədəni irsi nümayiş etdirməyə, xalqlar arasında sülh, dialoq və qarşılıqlı anlayışın təşviqinə töhfə verməyə həvəsləndirməkdir.

Müsabiqədə iştirak dünyanın istənilən ölkəsindən olan gənclər üçün açıqdır. Müraciətlərin son qəbul tarixi cari il iyunun 30-dur.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Belə ki, birinci yerin sahibinə peşəkar fotoaparat, ikinci yerə yarım-peşəkar fotoaparat, üçüncü yerə isə standart rəqəmsal fotoaparat təqdim olunacaq. Bundan əlavə, müsabiqənin ruhunu ən yaxşı şəkildə əks etdirən 60-a yaxın fotoşəkildən ibarət səyyar sərgi müxtəlif ölkələrdə nümayiş etdiriləcək. Seçilmiş işlər peşəkar fotoalbomda da nəşr olunacaq.

İştirak üçün linkindən istifadə etmək mümkündür.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər