İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar
17 yanvar 2026
# 13:20

Bu gün dünya şöhrətli kanadalı aktyor, komediya ustası Cim Kerrinin doğum günüdür.

Kulis.az onun məşhur aforizmlərini təqdim edir.

Həyat sizə qarşı olmur; sizin üçün baş verir.

***
İçinə diqqətlə baxdıqda, hər şeyə artıq sahib olduğunu görəcəksən.

***
Məsələ budur: Bu dünya bizim deyil. Bizim xüsusi bir əhəmiyyətimiz yoxdur. Və bu, əslində, yaxşı xəbərdir.

***
Həyatın boyu iki seçimin olacaq: sevgi ya da qorxu. Sevgini seç.

***
Tanrım, bir gün bütün insanlara istədikləri qədər pul ver ki, əsl ehtiyaclarının bu olmadığını anlaya bilsinlər.

***
Məncə, hər kəs zəngin və məşhur olmalı, bütün xəyallarını gerçəkləşdirməlidir… Bunun cavab olmadığını anlamaq üçün.

***
Biz burada bir-birimizə, bizdən daha böyük bir varlığın parçası olduğumuzu xatırlatmaq üçün varıq.

***

"Mən" deyilən bir şey yoxdur.

***
Nəticədə bu, bizə müvəqqəti verilmiş və geri qaytarılmalı olan bir şey idi.

***
Həyat necə gedir? Bəli, çox gözəldir. Xüsusilə, ondan məhrum olduğumda.

***
Mənə verilən və "bədən" adlanan bu vasitə ilə yaradılışı təcrübə edərkən, dərimin bitdiyi yerdə mənim də bitdiyimi sanırdım.

***
Biz də o çiçək kimiyik. Hər birimiz insanlıq bağçasında möcüzəvi bir çiçəyik.

***

Məncə, bəzən insanlar tamamilə yaratdıqları obrazların içində yaşayır və ondan necə çıxacaqlarını bilmirlər.

***
Və sonunda bu gerçək olur; məni doyurmayacağını bilə-bilə davam etdirdiyim o qorxunc axtarışa son verə bilirəm.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər