İndoneziya və Malayziya Frankfurt Kitab Sərgisindən imtina etdi

İndoneziya və Malayziya Frankfurt Kitab Sərgisindən imtina etdi
17 oktyabr 2023
# 18:35

İndoneziya və Malayziya Frankfurt Kitab Sərgisində iştirak etməkdən imtina ediblər.

Kulis.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Buna səbəb təşkilatçıların İsraili dəstəkləməsi olub.

Qeyd edək ki, Frankfurt Kitab Sərgisi dünyada ən böyük sərgilərdən biridir.

Onun əsas məqsədi alman ədəbiyyatını xaricdə təbliğ etmək, eləcə də müxtəlif ölkələrin nəşriyyatları arasında mədəni mübadilə və əməkdaşlığı təşviq etmək, işgüzar əlaqələri genişləndirmək, nəşriyyat işində müxtəlif texnoloji yenilikləri nümayiş etdirməkdir.

# 707 dəfə oxunub

Müəllifin son yazıları

# # #