"İndiana Cons və taleyin çarxı"nın yeni treyleri yayımlandı

"İndiana Cons və taleyin çarxı"nın yeni treyleri yayımlandı
25 may 2023
# 11:10

“İndiana Cons və Taleyin çarxı” filminin yeni treylerini yayımlanıb.

Kulis.az xəbər verir ki, treyler "Lukasfilm" film şirkətinin rəsmi YouTube kanalına yerləşdirilib.

Filmdəki hadisələr 1969-cu ildə, "Soyuq müharibə"nin və ABŞ və SSRİ arasında kosmos yarışının qızğın vaxtında baş verir. Hekayədə yaşlı arxeoloq-macəraçı İndiana Cons və onun xaç qızı Helena ABŞ hökuməti tərəfindən NASA- da işləmək üçün işə götürülən keçmiş nasistlərlə qarşılaşır.

Qeyd edək ki, filmin premyerası mayın 18-də 76-cı Kann Film Festivalında olub.

# 896 dəfə oxunub

Müəllifin son yazıları

# # #