Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi bu siyahıya əlavə edilib.