İlin ilk kitab sərgisi başladı

İlin ilk kitab sərgisi başladı
29 fevral 2024
# 11:23

Qanun Nəşrlər Evi fevralın 29-dan ilin ilk kitab sərgisinə start verib.

Kulis.az xəbər verir ki, nəşriyyatın akt zalında davam edəcək sərgidə oxucular 20-90 faizlik endirimlərdən yararlana biləcəklər.

1, 2, 3 manatlıq kitabların siyahısı bu dəfə daha genişdir və sayları məhduddur.

Sərgi martın 10-dək hər gün səhər saat 10-dan axşam saat 20-dək fəaliyyət göstərəcək.

# 979 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #