İlhamə Nasirin yeni romanı çap olunacaq

İlhamə Nasirin yeni romanı çap olunacaq
26 oktyabr 2022
# 15:30

Tanınmış yazıçı İlhamə Nasir Qubadlı işğalının son günlərini, məcburi köçkün həyatının məşəqqətlərini əks etdirən "İşıq" adlı romanı çap olunacaq.

Bu barədə yazıçı özü kulis.az-a məlumat verib. O, bildirib ki, hazırda çap prosesində olan roman işğal altında olan yurdunu görmək üçün Arazı gizli yolla keçən jurnalist İşıq Qubadlının qeydlərindən bəhs edir.

Müəllif bədii dillə erməni vandalizmini, narkotik ticarətini və insanlığa qarşı törədilən vəhşilikləri faktlarla təqdim edir. Real həyat əhvalatları əsasında İranda azərbaycanlılara olan amansız işgəncələri göstərir. Həmçinin İran həbsxanasında günahsız qadınlara qarşı törədilən dəhşətli cəzaları, iyrənclikləri, psixoloji təzyiqləri bədii təsvir vasitələri ilə tam çatdıra bilir.


Əsərin qəhrəmanı İşıq, Qubadlıdan geri qayıdarkən İran irticasının qurbanına çevrilir. Gənc qızı İranın ən amansız və qəddar zindanına salırlar.

# 1319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #