İlham Qəhrəmanın imza günü olacaq

İlham Qəhrəmanın imza günü olacaq
1 aprel 2022
# 13:20

Aprelin 2-si saat 14-də Atatürk Mərkəzində şair İlham Qəhrəmanın yeni şeirlər kitabı - “Bir adamlıq şəhər”in imza günü olacaq.

Kulis.az-a xəbər verir ki, müəllifin kitabı “Qanun” Nəşrlər Evində çap olunub.

Oxucular kitabda şairin son illərdə yazdığı şeirlər, ədəbi düşüncələr və 44 günlük Vətən müharibəsinin bədii xronikasını əks etdirən bayatıları oxuya biləcəklər.

Kitabın redaktoru və ön sözün müəllifi akademik Nizami Cəfərovdur.

Eyni zamanda həmin gün Atatürk Mərkəzinə təşrif buyuranlar şairin əvvəlki illərdə çap olunmuş “Sevgi durna çırağıdır” şeirlər kitabını və toplayıb tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri”, Aşıq Alının “Nə qaldı” və regional folklor seriyasından “Laçın lətifələri” kitablarını əldə edə biləcəklər.

İlham Qəhrəmanın bildirdiyinə görə “İmza günü”ndə iştirak edən şəhid və qazi ailələrinə 1ədəd kitab hədiyyə olunacaq.

# 1465 dəfə oxunub

Müəllifin son yazıları

# # #