İlber Ortaylıdan məscid restavrasiyasına sərt reaksiya

İlber Ortaylıdan məscid restavrasiyasına sərt reaksiya
26 sentyabr 2025
# 10:35

Türkiyənin Ədirnə şəhərində yerləşən, Memar Sinanın şah əsəri olan Səlimiyyə məscidinin əsas günbəzindəki xəttatlıq işlərinin silinməsi və günbəzdə mavi rəng əvəzinə qara rəngdən istifadə edilməsi təklifi sənət mütəxəssisləri və tarixçilərin etirazına səbəb olub.

Kulis.az xəbər verir ki, Allahın adlarının yazılı olduğu 8 medal­yonun silinməsi və onların yerinə 21-ci əsr üslubunda yeni xətt nümunələrinin tətbiqi də müzakirə olunur.

Tarixçi İlber Ortaylı restavrasiya ilə bağlı “Ədirnə Səlimiyyə məscidinin günbəz yazılarının bərpası bərpadır, yoxsa məhv etmə?” deyə sual verib və sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Qeyd edək ki, Ədirnə Səlimiyyə məscidinin günbəzində, çinilərində, daş və mərmərlərində işlənmiş yazılar, 16-cı əsrin məşhur xəttatı Əhməd Şəmsəddin Qarhisarinin tələbəsi Xəttat Həsən Çələbi (ö.1594) tərəfindən yazılıb.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər