İkinci "Milli Kitab Sərgisi" keçiriləcək

İkinci "Milli Kitab Sərgisi" keçiriləcək
15 noyabr 2021
# 19:00

Birinci Milli Kitab Sərgisi çox uğurlu oldu, ilk dəfə müstəqil naşirlərin və sənətkarların güc birliyi ilə ölkənin mədəni mühiti silkələndi. Müsiqi, şeir, imza saatları, görüşlər, söhbətlər, diskussiyalar sərgini fövqəladə yaddaqalan etdi. Hələ də məni görən hər kəs təəssüratını bölüşür, o ab-havadan, o bayramdan danışır. Belə olan halda qərara gəldik ki, Milli Kitab Sərgisini daha da geniş tərkibdə, daha zəngin proqramla yenidən təşkil edək.

Kulis.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.

“Köhnəlməkdə olan ilin ən yaddaqalan sərgisini təşkil etməklə Yeni ili uğurlu edəcək nota gözləyəcəyik. İnanıram ki, İdman Sarayının 1500 kv metrlik salonu bir həftə boyu kitab və milli sənətkalığımızın, milli mətbəximizin vəhdətinin yaratdığı nağıl havasına bürünəcək”.

Şahbaz Xuduoğlu oxuculara müraciət edərək, 2021-ci ilin son Milli Kitab Sərgisində kimləri, nələri, hansı tədbirləri görmək istədiklərini soruşub və rəyləri gözlədiyini açıqlayıb.

# 1244 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #