İkinci Mahmudun xatirəsi anıldı

İkinci Mahmudun xatirəsi anıldı
2 may 2024
# 15:31

"Hophopnamə" kitab mərkəzində yazıçı İkinci Mahmudun xatirəsinə ithaf olunan görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Hophopnamə” Kitab Mərkəzində baş tutub.

Tədbirdə İdarə rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Təqdimat mərasimində BP şirkətinin “Azərbaycanın ədəbi gəncliyini dəstəkləyirik” layihəsi çərçivəsində nəşr olunmuş kitablar oxuculara hədiyyə edilib.

Qeyd edək ki, "Azərbaycanın ədəbi gəncliyini dəstəkləyirik” layihəsi çərçivəsində Fərid Hüseynin “Bəyaz ləkə”, Şəhriyar Del Geraninin “Özümdən məşhur şeirlər”, İkinci Mahmudun “Yersiz ölüm” və Ömər Xəyyamın “Bizim atalarımız, bizim analarımız” adlı kitabları işıq üzü görüb.

Görüşdə yazarlar oxucuların suallarını cavablandırıb, mərhum yazıçı İkinci Mahmud haqqında xatirələrini bölüşüblər. Eyni zamanda oxucuların istəyi ilə Fərid Hüseyn və Şəhriyar del Gerani öz yaradıcılıqlarından müxtəlif şeirlər səsləndiriblər.

Tədbirin sonunda müəlliflər oxucular üçün kitablarını imzalayıb.

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

# # #