İkinci Heydərbaba festivalı keçiriləcək

İkinci Heydərbaba festivalı keçiriləcək
5 may 2023
# 12:30

Yaxın günlərdə Şəhriyarın anadan olduğu Şərqi Azərbaycan əyalətinin Xoşkənab kəndində "Şəhriyarın Heydərbabası" adlı ikinci festivalın keçiriləcəyi planlaşdırılıb.

Kulis.az xəbər verir ki, bu barədə festivalın katibi Nəsirəddin Qomsəri Eynəddin məlumat yayıb.

Məlumata görə, festivalda müxtəlif bölgələrdən ədəbi-mədəni dərnəklərin üzvləri, ziyalı, yazıçı və sənət adamları iştirak edəcək.

Katib festivalın mədəniyyət və ədəbiyyat, təsviri incəsənət və qrafik dizayn üzrə müsabiqə keçiriləcəyini söyləyib.

Nəsirəddin Qomsəri Eynəddin ədəbiyyat sahəsində keçiriləcək müsabiqənin isə iki dildə, Azərbaycan və fars dillərində baş tutacağını bildirib.

# 907 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #