İkinci Dünya Müharibəsi zamanı Amerika əsgəri tərəfindən oğurlanmış, rəssam İohan Frans Nepomuk Lautererin “İtalyan mənzərəsi” tablosu Almaniyaya qaytarılıb.
Kulis.az xəbər verir ki, Çikaqoda yaşayan və şəxsiyyəti açıqlanmayan şəxs oğurlanmış sənət əsərini Almaniyanın Çikaqodakı Konsulluğuna təhvil verib.
Onun sözlərinə görə, tablonu İkinci Dünya Müharibəsində iştirak edən əmisi müharibədən qayıdarkən özü ilə gətirib.
Qeyd edək ki, rəsm Münhen şəhərindəki muzeydə nümayiş etdiriləcək.
İkinci Dünya Müharibəsi zamanı oğurlanan rəsm qaytarıldı
21 oktyabr 2023
11:00
791 dəfə oxunub