İkinci beynəlxalq qorxu filmləri festivalı keçiriləcək

İkinci beynəlxalq qorxu filmləri festivalı keçiriləcək
9 dekabr 2022
# 11:31

Dekabrın 15-dən 18-dək Moskvada “Horror Fest” ikinci beynəlxalq qorxu filmləri festivalı keçiriləcək.

Kulis.az TASS-a istinadən xəbər verir ki, festival "Paveletskaya" kinoteatrında baş tutacaq.

Hər il “Horror Fest” proqramında Meksika, İspaniya, ABŞ , Kanada filmləri nümayiş etdirilir.

Lakin tədbirin prodüseri İvan Kudryavtsevin sözlərinə görə, bu dəfə yerli kinorejissorların filmləri də festivala qatılacaq.

Gənc kinorejissorlara öz layihələri haqqında danışmağa şərait yaradılacaq.

# 908 dəfə oxunub

Müəllifin son yazıları

# # #