İki məşhur imza Bakıda

İki məşhur imza Bakıda
7 noyabr 2023
# 10:55

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Gürcü yazıçısı və rejissoru Nana Ekvtimişvili və Omanlı romançı Coxa Əl-Harsi ilə görüş və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, Nana Ekvtimişvili "Armudlu düzəngahı" romanı ilə Beynəlxalq Buker mükafatının uzun siyahısına düşüb. Coxa Əl-Harsi isə 2019-cu ildə "Ayın qızları" romanı ilə Beynəlxalq Buker mükafatının qalibi olub.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində baş tutacaq. Tədbirdə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilatın iştirak müraciəti nəzərdən keçirilir.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

# 743 dəfə oxunub

Müəllifin son yazıları

# # #