"İçəri şəhər" filminin təqdimat tarixi açıqlandı

"İçəri şəhər"  filminin təqdimat tarixi açıqlandı
22 aprel 2024
# 17:46

Rejissor İlqar Safatın "İçəri şəhər" tammetrajlı bədii filmi aprelin 23-də, saat 19:00-da "Azərbaycan" CinemaPlus-da nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb

Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir.

Hekayə əsrlər boyu milli mentalitetin hökm sürdüyü ölkədə gənc qadın üçün ənənələrə zidd olan dəyərlərlə yaşamaq və azad sevməyin nə olduğunu, eləcə də cəmiyyətinin ümidlərini doğrultmayanda çəkdirilən əzabları təcəssüm edir.

Giriş sərbəstdir.

Ünvan: Əbdülkərim Əlizadə küç. 1

# 372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #