I Beynəlxalq Opera Festivalının beşinci günü Gəncədə keçirildi

I Beynəlxalq Opera Festivalının beşinci günü Gəncədə keçirildi
2 may 2024
# 18:40

Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalının beşinci günü Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə italiyalı qonaq – opera müğənnisi xanım Repalta Bufo, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq festivalların iştirakçısı, estrada vokalçısı Kamilla Məmmədzadə və digər artistlər iştirak ediblər. Onların ifası Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri tərəfindən müşayiət olunub.

Anşlaqla keçən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa edilib. Sonda vokalçılar Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını oxuyublar.

I Beynəlxalq Opera Festivalı Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil edilib və mayın 3-dək davam edəcək.

# 306 dəfə oxunub

Müəllifin son yazıları

# # #