Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairi Hüseyn Arif və Əməkdar İncəsənət xadimi Həmid Abbasın büstlərinin təmir-bərpası və ətrafda həyata keçirilən abadlıq-quruculuq işlərindən sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət, o cümlədən mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Büstlər önünə gül dəstələri düzülüb, şairlərin xatirəsi ehtiramla yad edilib.
- “Azərbaycan kinosu həftəsi”ndə klassik filmlər nümayiş olunacaq
- Qazax Dövlət Dram Teatrı 86-cı mövsümü başa vurdu
- Amerikalı aktyor vəfat etdi
Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərilən xüsusi dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə olunub.
Məktəblilərin təqdimatında Hüseyn Arif və Həmid Abbas yaradıcılığına həsr olunmuş bədii kompozisiya rəğbətlə qarşılanıb.