Hollivud sənətçiləri Kino Sənətləri və Elmləri Akademiyasına məktub yazaraq 2022-ci ilin Oskar Mükafatı mərasimi ilə bağlı verilən qərarı tənqid edib.
Kulis.az xəbər verir ki, Ceyms Kamerun, Katlen Kenedi, Con Vilyams kimi sənətçilər də daxil olmaqla 70-dən çox kino ustası Akademiyaya verdiləri qərardan dönməyə dəvət edən məktub yazıb.
Akademiyanın sədri Devid Rubinə xitabən yazılan məktubda 8 kateqoriyadakı mükafatın canlı yayımdan əvvəl verilməsi tənqid olunub.