Hollivud aktyorları tətilə başladılar

Hollivud aktyorları tətilə başladılar
14 iyul 2023
# 10:40

Hollivud aktyorları bu gün böyük studiyalar və yayım şirkətlərinə qarşı tətilə başlayıblar.

Kulis.az xəbər verir ki, bu barədə ABŞ Ekran Aktyorları Gildiyası və Amerika Televiziya və Kino Aktyorları Federasiyasının danışıqlar komitəsinin rəhbəri Dunkan Krabtri-İreland məlumat verib.

Onun sözlərinə görə, mövcud yayım modeli aktyorların filmlərin təkrar nümayişindən qazanc əldə etməyini çətinləşdirir və yüksək inflyasiya onların dolanışıqlarını təmin etmək imkanını azaldır.

Qeyd edək ki, etirazda 160 minə yaxın kino və televiziya aktyorunun iştirakı gözlənilir.

# 1079 dəfə oxunub

Müəllifin son yazıları

# # #