Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirildi

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirildi
28 oktyabr 2023
# 14:50

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Kulis.az xəbər verir ki, ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın və Bakı Xoroeqrafiya Akademiyasının birgə layihəsi olan "El bilir ki, sən mənimsən" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra teatrın aktyorları Xalq şairi Səməd Vurğunun "Azərbaycan" poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən səsləndiriblər. Bundan əlavə Bakı Xoroeqrafiya Akademiyasının tələbələri tərəfindən "Küçələrə su səpmişəm", "Alagöz", "Yeddi gözəl", "Ay Laçın", "Azərbaycan" mahnılarının sədaları altında rəqslər təqdim edilib.

Qeyd edək ki, rejissoru Əməkdar artist Nicat Kazımov olan tədbirdə teatrın 55 aktyoru, Bakı Xoreqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edib. Leyla Əliyevanın, Zəlimxan Yaqubun, Rafiq Yusifoğlunun, Elvin Elxanoğlunun, Qabil Ədalətin, Həsən Şirinovun, Zəminə Bayramovanın, Elşad Baratın şeirlərindən, Üzeyr Hacıbəylinin, Hacı Xanməmədovun, Eldar Mansurovun bəstələrindən istifadə olunub.

# 568 dəfə oxunub

Müəllifin son yazıları

# # #