Bu gün amerikalı şair, yazıçı və tənqidçi Donald Hallın anım günüdür.
Kulis.az onun əsərlərindən müəyyən sitatları və aforizmləri təqdim edir.
Hamımız həmişə nəyəsə görə ölürük, sadəcə fərqindəlik dərəcələrimiz fərqlidir."
***
Həyat cəhənnəmdir, amma ölüm daha betərdir.
***
Quşlar kimi uyumaq, sonra oyanıb sənə yenidən yazmaq istəyirəm - məni oxuyacağına dair heç bir ümid bəsləmədən.
***
On doqquz yaşım olanda otuz yaşlı bir adama on yeddi yaşımda necə bir axmaq olduğumu danışırdım. Baxışlarını aşağı dikərək, "Biz həmişə iki il əvvəl axmaq olmuşuq" - dedi.
Gəlin, gölməçənin kənarındakı palçığın altında boğulaq və hər şeyi itirməyin nə qədər yerində və ləzzətli olduğunu təsdiq edək.
***
Başlanğıcda şeirlərimin mənimlə heç bir əlaqəsi yox idi, demək olar ki, heç birinin. Ömrüm keçdikcə, bir şeyi tez-tez təkrar etdim: mən yazmağa tam geyimli başlamışdım və paltarlarımı parça-parça çıxardım. İndi isə tamamilə lüt yazıram.
***
Poeziya həmişə birinci yerdə gəlib, sadəcə ona görə ki, mən poeziyanı hər şeydən çox sevirəm. Ən yaxşı bacardığım işin bu olmasını istəyirəm və ümid edirəm ki, elədir də. Bəzi günlər işimdən razı qalıram, bəzən isə mənə elə gəlir ki, indiyə qədər dəyərli heç nə yazmamışam. Bu, işin təbiətində var.
***
İstək daha onlarla şeir yazmaq yox, sənə bu sənəti ilk dəfə sevdirən şeirlər qədər yaxşı bir şey ortaya çıxarmaq olmalıdır. Şeir yazmağın yeganə məntiqli səbəbi budur. Diqqətini hər zaman dəyər verdiyin şeyə yönəltməlisən: Volt Vitmen və ya Endrü Marvellin əsərləri ilə eyni cərgədə dayana biləcək bir şeir yazmağa.
***
Gənc şairlərə məsləhətim kifayət qədər standartdır: Özününzdən əvvəlkiləri oxuyun. 17-ci əsri oxuyun. Təkcə 20-ci əsrlə kifayətlənməyin. Bəzən insanda elə bir təəssürat yaranır ki, sanki adamlar poeziyanın 1984-cü ildə və ya o radələrdə başladığını düşünürlər. Bir də, o köhnə ustadları oxuyun və redaktə edin. Durmadan, sonsuzca redaktə edin.