Həsən Kürün son vəziyyəti - Açıqlama

Həsən Kürün son vəziyyəti - Açıqlama
1 aprel 2025
# 13:10

Gənc şair Həsən Kürün müalicəsi davam etdirilir.

Bu barədə Kulis.az-a TƏBİB-in mətbuat xidməti məlumat verib:

"Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozları təyin edilən Həsən Kürün üzərində, həmçinin bud sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığının ekstramedulyar osteosintezi əməliyyatı da icra olunub.

Hazırda onun vəziyyəti stabildir, yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub".

# 220 dəfə oxunub

Müəllifin son yazıları

# # #