Henri Kissincer 100 yaşında vəfat etdi

Henri Kissincer 100 yaşında vəfat etdi
30 noyabr 2023
# 11:27

Amerikalı diplomat, Nobel mükafatı laureatı Henri Kissincer 100 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, Konnektikutdakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Kissincer yüz illik yubileyindən sonra aktiv fəaliyyət göstərib, Ağ Evdəki görüşlərdə iştirak edib, liderlik üslubları haqqında kitab nəşr etdirib və Şimali Koreyanın yaratdığı nüvə təhlükəsi ilə bağlı Senat komitəsi qarşısında ifadə verib.

2023-cü ilin iyul ayında o, Çin Prezidenti Si Tsinpinlə görüşmək üçün Pekinə qəfil səfər edib.

# 857 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #