"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" Türkiyədə səhnələşdiriləcək

"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" Türkiyədə səhnələşdiriləcək
3 sentyabr 2025
# 13:20

Türkiyənin İğdır şəhərində yaradılmış “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı Mirzə Fətəli Axundzadənin "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyasını səhnələşdirəcək.

Kulis.az xəbər verir ki, hazırda İğdır Mədəniyyət Sarayında əsərin səhnələşdirilməsi məqsədilə məşqlər davam edir.

1850-ci ildə Azərbaycan dilində yazılmış bu komediyanın əsas qayəsi savadsızlığın, cəhalətin tənqid edilməsi, elmin insan həyatını dəyişərək onu inkişaf etdirməsi, Qərb və Şərq ziddiyyətləri, satira və yumordur.

Qeyd edək ki, gələcəkdə teatr milli mədəniyyətimizi təbliğ edərək Türkiyənin həm İğdır, həm də digər bölgələrində mədəni proqramlarda iştirakı nəzərdə tutulur.

# 243 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər