Harrison Ford kinonu tərk edir?

Harrison Ford kinonu tərk edir?
25 iyun 2023
# 10:40

Hollivud aktyoru Harrison Ford yaxın zamanda aktyorluğu tərk etməyəcək.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə CNN-nə müsahibəsində bildirib.

Aktyor aparıcının "81 yaşınız tamam olanda təqaüdə çıxacaqsınızmı?" sualına “Mən işləməyi sevirəm. Özümü faydalı hiss etməyi xoşlayıram. 81 yaş mənim üçün azdır. Bu yaşda da yeni layihələr üzərində çalışacam" cavabını verib.

Qeyd edək ki, sənətçi iyulun 13-də 81 yaşını qeyd edəcək.

# 796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #