"Harri Potter"in ilk nəşri 13,5 min dollara satıldı

"Harri Potter"in ilk nəşri 13,5 min dollara satıldı
11 iyul 2023
# 12:40

Coan K. Roulinqin "Harri Potter və fəlsəfə daşı" əsərinin ilk nəşri 13,5 min dollara satılıb.

Kulis.az xəbər verir ki, bu barədə tviterdə "Richard Winterton Auctioneers" hərrac evinin nümayəndələri məlumat veriblər.

Kitab kolleksiyaçının aldığı məbləğdən 35 min dəfə baha qiymətə satılıb.

Qeyd edək ki, gənc sehrbaz haqqında kitabların birincisi 1997-ci ildə nəşr olunub, ilk tirajı cəmi 500 nüsxə olub.

# 929 dəfə oxunub

Müəllifin son yazıları

# # #