"Harri Potter"in heyəti açıqlanır: Voldemortu kim oynayacaq?

"Harri Potter"in heyəti açıqlanır: Voldemortu kim oynayacaq?
30 may 2025
# 12:40

"HBO" imzalı "Harri Potter" serialı üçün hazırlıqlar gedir. 2026-cı ildə çıxması gözlənilən serialın aktyor heyəti demək olar ki, tamamlanıb.

Kulis.az xəbər verir ki, serialda digər personajları canlandıracaq aktyorların kimliyi açıqlansa da, qaranlıq sehrbaz Voldemortu kimin oynayacağı sirr olaraq qalır.

Yayılan xəbərlərə görə, rol üç aktyordan birinə verilə bilər. Proqnozların başında Loki rolu ilə tanınan ingilis aktyor Tom Hiddleston gəlir. Digər namizədlər "Peaky Blinders"in ulduzu Kilyan Mörfi, və aktyor Pol Bettanidir.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

# # #