"Harri Potter" serialının aktyor heyəti açıqlanıb

"Harri Potter" serialının aktyor heyəti açıqlanıb
15 aprel 2025
# 14:40

Məşhur "Harri Potter" filmlərinin davamı olaraq çəkiləcək serialının aktyor heyəti açıqlanıb.

Kulis.az xəbər verir ki, ingilis yazıçısı JK Rovlinqin yazdığı fantastik romanlardan götürülmüş "Harri Potter" filmləri teleseriala çevrilir.

HBO imzalı "Harri Potter" serialı üçün hazırlıqlar gedir. Serialın 2026-cı ildə yayımlanması gözlənilir.

Serialda Con Litqou "Dambldor", Nik Frost "Haqrid", Paapa Essiedu "Severus Snape", Pol Vaythaus "Argus Filch", Luk Talon isə "Quirinus Quirrell" obrazını canlandıracaq.

Qeyd edək ki, serialın 7 mövsüm davam etməsi planlaşdırılır və hər mövsüm bir kitab haqqında olacaq.

# 192 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #