M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunan konsert proqramı təqdim olunub.
Kulis.az xəbər verir ki, gecədə muğam sənətinin tanınmış ifaçıları səhnəyə çıxıblar.
Konsert proqramında Azərbaycan muğam sənətinin müxtəlif təsnifləri və xalq mahnıları səsləndirilib. Gecə “Segah”, “Bayatı-Şiraz”, “Çahargah” və “Rast” təsnifləri, eləcə də “Ay Dilbər” kimi sevilən xalq mahnılarının ifası ilə yadda qalıb.
Hacıbaba Hüseynovun zəngin muğam irsini yad edən bu musiqi axşamı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.