Hacı Bektaş Vəlinin əlyazma kolleksiyası rəqəmsallaşdırılıb

Hacı Bektaş Vəlinin əlyazma kolleksiyası rəqəmsallaşdırılıb
15 avqust 2025
# 13:55

Türkiyədə “Təbiətimiz birlik, mirasımız qardaşlıqdır” mövzusu ilə keçirilən “Hacı Bəktaş Vəlinin Allaha yürüşünün 754-cü ildönümünü anma tədbirləri” keçirilib.

Kulis.az xəbər verir ki, "İstiqlal Marşı"nın səsləndirilməsi ilə başlanan tədbirin məqsədi gənclərə Ələvi-Bəktaşi mədəniyyətini tanıtmaqdır.

Tədbirdə açıqlanıb ki, "Hacı Bəktaş Vəli" əlyazma kolleksiyasındakı 56 əlyazma rəqəmsallaşdırılıb.

Qeyd edək ki, bu materiallar artıq "Türk Əlyazmaları Qurumu"nun rəsmi saytında ictimaiyyətə təqdim olunur.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər