Gürcüstanlı pianoçu Azərbaycanda çıxış edəcək

Gürcüstanlı pianoçu Azərbaycanda çıxış edəcək
16 sentyabr 2023
# 15:40

Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində gürcüstanlı pianoçu, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadzenin Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konserti olacaq.

Kulis.az xəbər verir ki, konsert Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

# 721 dəfə oxunub

Müəllifin son yazıları

# # #