Günel Natiqin yeni romanı çap olundu

Günel Natiqin yeni romanı çap olundu
10 oktyabr 2023
# 10:41

“Elm və təhsil” nəşriyyatında yazıçı Günel Natiqin “Kişilərə dur deyin!” adlı yeni romanı çap olunub.

Kulis.az xəbər verir ki, romanda fərqli xarakterə və həyat tərzinə malik qadınların həyatından bəhs olunur.

Hadisələr Qaradivar şəhərində gender bərabərliyi uğrunda savaşan feminist qadınların mübarizəsi fonunda baş verir.

Şəhəri feminizm dalğası bürüyəndə mesenantlığı ilə tanınan sahibkarın cəsədi aşkar edilir. Qətlin sirləri açıldıqca, hadisələr daha fərqli, fantastik görünüş alır.

Roman kişi-qadın münasibətləri, insanların daxili ziddiyyətləri, qadın psixologiyasına dair maraqlı mətləblərlə zəngindir.


# 1191 dəfə oxunub

Müəllifin son yazıları

# # #