10 iyun saat 17:00-da yazıçı Günel Eminli ilə vida mərasimi keçiriləcək.
Kulis.az xəbər verir ki, mərasim mərhum yazıçının yaşadığı mənzilin - "Mirvari Residence" kompleksinin həyətində baş tutacaq.
Qeyd edək ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən yazar dünən dünyasını dəyişib.
Günel ədəbiyyat-mədəniyyət saytlarında müxtəlif yazılarla çıxış edib, bir neçə kitabın müəllifi olub.
Günel Eminli ilə vida mərasimi keçiriləcək
