Günay Əfəndiyeva Bursada bir sıra görüşlər keçirib

Günay Əfəndiyeva Bursada bir sıra görüşlər keçirib
12 dekabr 2022
# 12:00

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan “Şuşa Günləri” çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva Bursada bir sıra görüşlər keçirib.

Kulis.az xəbər verir ki, görüş çərçivəsində Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayevə Bursa Valisi Yakup Canpolat ilə bir araya gəlib.

Görüş zamanı Bursanın 2022 il Türk Dünyasının Mədəniyyət Paytaxtı dönəminin uğurla həyata keçirildiyi vurğulanıb, bu fəxri statusun Azərbaycanın tarixi və mədəni incisi olan Şuşaya ötürülməsinin böyük əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Şuşa və Azərbaycanın bütün işğaldan azad olunmuş torpaqlarının yenidən dirçəlməsi, həmən torpaqlara həyatın qayıdışı və orada geniş miqyaslı bərpa işlərinin aparılması haqqında söhbət aparılıb.

# 906 dəfə oxunub

Müəllifin son yazıları

# # #