Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq

Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda  təqdim olunacaq
26 sentyabr 2023
# 11:56

Azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Xalçaların dili", "Qurama" və "Turan" adlı üç kolleksiyası TÜRKSOY-un 30 illiyi münasibətilə keçirilən beynəlxalq festival çərçivəsində sentyabrın 20-dən 26-dək Özbəkistan və Qazaxıstanda təqdim olunacaq.

Kulis.az xəbər verir ki, VI Beynəlxalq “Türk dünyasının Etnomodu” həftəsi Fərqanədə başlayacaq, Türküstanda davam edəcək.

Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak edəcəklər.

# 1010 dəfə oxunub

Müəllifin son yazıları

# # #