Gülnarə Səfərovanın konserti keçirildi

Gülnarə Səfərovanın konserti keçirildi
10 iyun 2024
# 13:00

Yaponiyanın Kanaqava əyalətinin Yokohama şəhərində bu ölkədə yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovanın konserti keçirilib.

Kulis.az xəbər verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “Zen On” musiqi nəşriyyatının dəstəyi, Azərbaycanın Yaponiyadakı səfirliyinin informasiya dəstəyi ilə “Kenmin Hall” salonunda gerçəkləşib.

Qeyd edək ki, konsert çərçivəsində Gülnarə Səfərovanın “Tovuz quşunun nəğmələri” kitabının təqdimat mərasimi də keçirilib.

# 389 dəfə oxunub

Müəllifin son yazıları

# # #