“Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı konsert təşkil edildi

“Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı konsert təşkil edildi
30 may 2024
# 10:24

Mayın 29-da Bakıda Heydər Əliyev Sarayında Qərbi Azərbaycan İcmasının və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı möhtəşəm konsert keçirilib.

Kulis.az xəbər verir ki, Göyçə aşıq sənətinə həsr olunmuş ilk irimiqyaslı konsert məşhur “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan, əvəzsiz sənətkar Çingiz Mehdipurun bədii rəhbərliyi ilə təşkil olunub.

Konsertdə Göyçə aşıqlarından Aşıq Ramin Qarayev, Aşıq Nazim Quliyev, Aşıq Əli Zeynalabdinov, Aşıq Xatirə Məmmədxanlı, eləcə də Xalq artisti Alim Qasımov, Aşıq Əfsanə Kərimova, Aşıq Ayşən Mehdiyeva, Aşıq Salar Mehdipur, Xalq artisti Samir Cəfərov, Aşıq Əli Novruzi, Aşıq Çingiz Mehdipur, Aşıq Nəbi Nağıyev, Əməkdar artist Fərqanə Qasımova, Xanəndə Mirələm Mirələmov, Aşıq Məhbub Əbdi, Aşıq Behnam Məliki bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

# 537 dəfə oxunub

Müəllifin son yazıları

# # #