"Glamorous"un premyera tarixi bəlli oldu

"Glamorous"un premyera tarixi bəlli oldu
24 may 2023
# 10:35

Netflix Miss Benni və Kim Kattrallın rol aldığı "Glamorous" serialının dünya premyerasını 22 iyuna təyin edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Cordon Nardino tərəfindən yaradılmış "Glamorous" əfsanəvi makiyaj kraliçası Medlin Eddison üçün işləyənə qədər həyatı bir yerdə ilişib qalan, çarəsiz Marko Mecianın hekayəsindən bəhs edir. Əsas rolları Kim Kattrall və və Miss Benni canlandıracağı serialda digər rolları Zeyn Filips, Ceyd Peyton və başqaları oynayıb.

Qeyd edək ki, serial Netflix üçün CBS Television Studios tərəfindən istehsal olunub.

# 800 dəfə oxunub

Müəllifin son yazıları

# # #